Modern.az

Azərbaycan Özbəkistanla hərbi saziş İMZALADI

Azərbaycan Özbəkistanla hərbi saziş İMZALADI

Aktual

21 İyun 2022, 17:34

Azərbaycan ilə Özbəkistan arasında hərbi sahədə əməkdaşlıq haqqında saziş imzalanıb.

 

Modern.az xəbər verir ki, sənədi Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənov və Özbəkistanın müdafiə naziri Baxodir Kurbanov imzalayıblar.

 

Bundan başqa, iki ölkə arasında hərbi-texniki əməkdaşlıq haqqında saziş də imzalanıb.

 

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistanın paytaxtı Daşkəndə dövlət səfərindədir. Prezident İlham Əliyevin və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin iştirakı ilə Azərbaycan-Özbəkistan sənədlərinin imzalanması mərasimi olub.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...