Modern.az

Bu ölkənin prezidenti özünü nazir TƏYİN ETDİ

Bu ölkənin prezidenti özünü nazir TƏYİN ETDİ

Aktual

21 İyun 2022, 17:42

Filippinin yeni seçilmiş prezidenti Ferdinand Markos qiymətlərin artması fonunda özünü həm də kənd təsərrüfatı naziri təyin edib.

 

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə F.Markos mediaya açıqlamasında deyib.

 

O bildirib ki, ölkə daxilində qiymətlər xarici amillərlə əlaqədar, o cümlədən Ukraynada baş verən müharibə nəticəsində qlobal tədarük zəncirində yaranan problemlər səbəbindən artmaqda davam edir.

 

Problemin həllinin vacibliyini vurğulayan F.Markos bunun üçün ilk növbədə ərzaq məhsullarının istehsalının artırılmasının zəruriliyini diqqətə çatdırıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putindən kritik əmr! Raketlər sərhədə yığıldı - Yeni müharibə...