Modern.az

Məhkəmə Ramin Hacılı ilə bağlı qərar verdi

Məhkəmə Ramin Hacılı ilə bağlı qərar verdi

Aktual

21 İyun 2022, 17:38

Azərbaycan Avropa Hərəkatının rəhbəri Ramin Hacılının Bakı Apellyasiya Məhkəməsinin qərarından verdiyi kassasiya şikayətinə baxılıb.

 

Modern.az xəbər verir ki, Ali Məhkəmədə keçirilən iclasda qərar elan olunub.

 

Xatırladaq ki, Ramin Hacılı Cinayət Məcəlləsinin 178.2.2 (dələduzluq - təkrar törədildikdə), 178.2.4 (dələduzluq-xeyli miqdarda ziyan vurmaqla törədildikdə) və 29,318.1 (Azərbaycan dövlət sərhədini qanunsuz keçməyə cəhd) maddələri ilə təqsirli bilinib. Cinayət işi üzrə 35 nəfər zərərçəkmiş qismində tanınıb.

 

Nərimanov Rayon Məhkəməsinin hökmü ilə R.Hacılıya 3 il 6 ay cəza verilib. Məhkəmə təyin olunmuş cəzanı şərti hesab edib. Lakin sonradan Bakı Apellyasiya Məhkəməsi hökmü ləğv edərək 3 il 6 azadlıqdan məhrumetmə qərarı çıxarıb. Ramin Hacılı məhkəmə zalında həbs olunub.

 

Qeyd edək ki, hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində Ramin Hacılının eyni maddələrlə təqsirləndirildiyi başqa epizod üzrə məhkəmə istintaqı gedir.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı