Modern.az

Kəlbəcər və Zəngilandakı qızıl yataqları ilə bağlı YENİ QƏRAR

Kəlbəcər və Zəngilandakı qızıl yataqları ilə bağlı YENİ QƏRAR

Aktual

21 İyun 2022, 21:31

Azərbaycan hökumətinin Kəlbəcər və Zəngilandakı qızıl yataqlarına dair öhdəlikləri təsdiqlənib.

 

Modern.az xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

 

Qərara əsasən “Gədəbəy, Qoşa, Ordubad qrupu (Piyazbaşı, Ağyurd, Şəkərdərə, Kələki) Söyüdlü, Qızılbulaq və Vejnəli perspektiv qızıl filiz yataqlarının kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında sazişə uyğun olaraq Azərbaycan hökumətinin təminatı və öhdəlikləri təsdiq edilib.

 

Hökumətin təminat və öhdəliklərlə bağlı Nazirlər Kabinetinin 1998-ci il 23 yanvar tarixli 16-1 nömrəli qərarı ləğv edilib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı