YAP Kəlbəcər rayon təşkilatının sədri Həbib Misirov, Kəlbəcər Rayon İcra Hakimiyyətinin Ağdaban kənd inzibati ərazi dairəsi üzrə nümayəndəsi Murad Qurbanovla birlikdə Tərtər rayonunun Bəyimsarov kəndində 44 günlük Vətən müharibəsi şəhidi Hüseynov Mirzə Xəlifə oğlunun ailəsini ziyarət edib, şəhidin övladını doğum günü münasibəti ilə təbrik edib.
Modern.az xəbər verir ki, Həbib Misirov, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın şəhid ailələrinə göstərdiyi diqqət və qayğıdan danışdı və hər zaman dövlətin şəhid ailələrinin yanında olduğunu bildirdi.
Şəhid ailələrinə və müharibə əlillərinə diqqət dövlətin sosial siyasətinin proritet istiqamətlərindən birini təşkil edir. Şəhid ailələrinin sosial rifahının yaxşılaşdırılması istiqamətində davamlı olaraq tədbirlər həyata keçirilir.
Qeyd etdi ki, Ali Baş Komandanın rəhbərliyi altında müzəffər Azərbaycan Ordusu doğma torpaqlarımızı işğaldan azad etdi və bu gün artıq həmin ərazilərdə abadlıq-quruculuq işləri aparılır.
Şəhid ailəsi də öz növbəsində göstərilən daimi diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildirdilər.
Qeyd edək ki, Azərbaycan Ordusunun müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu Hüseynov Mirzə Xəlfə oğlu 03 aprel 1991-ci ildə Kəlbəcər rayonunun Çayqovuşan kəndində anadan olub. Hərbi xidmətdə olduğu müddətdə də öz biliyi, bacarığı və xüsusi xidməti ilə fərqlənib. 27 sentyabr 2020-ci il tarixdən etibarən başlayan, Azərbaycan Ordusunun apardığı əks hücum əməliyyatlarında Murovdağ istiqamətində gedən döyüşlərdə böyük şücaət göstərərək qəhrəmancasına şəhid olub. Ailəli idi. 31 dekabr 2020-ci ildə Göygöl rayon Şəhidlər Xiyabanında dəfn edilib. Şəhid Hüseynov Mirzə 44 günlük Vətən müharibəsində gedən döyüşlərdə göstərdiyi igidliyə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq sərəncamına əsasən ölümündən sonra "Vətən uğrunda" və “Kəlbəcərin azad olunmasına görə”medalları ilə təltif olunub.
Ailəli idi. 2 azyaşlı övladı var.
Uca Allah dövlətimizi qorusun! Şəhidlərimizin ruhu şad olsun!
Allah Şəhidlərimizin doğmalarına səbr versin!