Modern.az

Laçın və Kəlbəcərdə külək stansiyası tikiləcək

Laçın və Kəlbəcərdə külək stansiyası tikiləcək

Aktual

22 İyun 2022, 16:28

Laçın-Kəlbəcər rayonlarında külək elektrik stansiyası tikiləcək.

Modern.az xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin bu gün təsdiqlədiyi “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində 2022-2026-cı illərdə “yaşıl enerji” zonasının yaradılması üzrə Tədbirlər Planı”nda qeyd olunub.

Tədbirlər Planına əsasən, Energetika Nazirliyi “Azərenerji” ASC ilə birlikdə Laçın-Kəlbəcər rayonlarında külək elektrik stansiyasının tikintisini təmin etməlidir.

Nazirlik 2022- 2026-cı illər ərzində layihəyə hazırlıq işlərinin görülməsi, müqavilələrin imzalanması, stansiyanın tikintisini (400 MVt gücündə) təmin etməlidir.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı