Modern.az

Kənd təsərrüfatı məhsullarının satışında ƏDV belə hesablanır

Kənd təsərrüfatı məhsullarının satışında ƏDV belə hesablanır

Aktual

22 İyun 2022, 19:22

Vergi Məcəlləsinin 2022-ci il yanvarın 1-dən qüvvəyə minmiş müddəalarına əsasən, həmin tarixdən 3 il müddətində kənd təsərrüfatı məhsullarının (yerli və xarici mənşəli) topdan və pərakəndə satışı zamanı ƏDV ticarət əlavəsindən hesablanan verginin məbləğidir.

 

Modern.az Dövlət Vergi Xidmətinə istinadən xəbər verir ki, eyni zamanda, 2022-ci il yanvarın 1-dən əldə edilmiş kənd təsərrüfatı məhsullarının (yerli və xarici mənşəli) alışı elektron qaimə-faktura, idxal gömrük bəyannaməsi və bu bəyannamə ilə bağlı hesab-faktura (invoys), habelə elektron alış aktı ilə, topdan və pərakəndə satışı müvafiq olaraq elektron qaimə-faktura və nəzarət kassa-aparatının çeki ilə rəsmiləşdirildiyi halda, ƏDV ticarət əlavəsindən hesablanır.

 

Kənd təsərrüfatı məhsullarının alışı qeyd edilən hallarda rəsmiləşdirilmədikdə isə ƏDV ümumi dövriyyədən hesablanır.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı