Modern.az

Azərbaycan pilotları Türkiyədə tapşırıqları icra edib

Azərbaycan pilotları Türkiyədə tapşırıqları icra edib

Aktual

23 İyun 2022, 09:04

Türkiyənin Konya şəhərində keçirilən “Anadolu Qartalı - 2022” beynəlxalq taktiki-uçuş təliminin növbəti mərhələsi yerinə yetirilib.

 

Bu barədə Modern.az-a Müdafiə Nazirliyindən məlumat evrilib.

 

Bildirilib ki, təlimin planına uyğun olaraq Azərbaycan Hərbi Hava Qüvvələrinin uçuş heyəti şərti düşmənin hava məkanına daxil olaraq qarşıya qoyulan tapşırıqları uğurla icra edib. Həmçinin pilotlarımız Türkiyə Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələrinin hərbi qulluqçuları ilə birlikdə mübadilə uçuşlarını həyata keçiriblər.

 

Təlimdə qarşıya qoyulan tapşırıqlar müvəffəqiyyətlə yerinə yetirilir.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı