Modern.az

Türkiyədə meşəni yandıran şəxs TUTULDU

Türkiyədə meşəni yandıran şəxs TUTULDU

Aktual

23 İyun 2022, 23:08

Türkiyənin Marmaris bölgəsində meşə yanğınını törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

 

Modern.az xəbər verir ki, bu barədə ölkənin daxili işlər naziri Süleyman Soylu bildirib.

 

Onun sözlərinə görə, saxlanılan şəxs törətdiyi əməli etiraf edib. Araşdırma zamanı hadisə yerində iki benzin qabı tapılıb.

 

Nazir qeyd edib ki, həmin şəxs ticarət mübahisəsi səbəbindən əsəbiləşib, hətta ailəsində yaranan problemə görə özünü öldürmək istədiyini deyib.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! Dəhşətli hücum hazırlığı başladı - İran vurulacaq?