Modern.az

Daha 2 cüdoçumuz medal qazandı

Daha 2 cüdoçumuz medal qazandı

Aktual

24 İyun 2022, 19:31

Azərbaycanın 2 cüdoçusu Xorvatiyanın Poreç şəhərində yeniyetmələr arasında keçirilən Avropa çempionatında bürünc medal qazanıb.

 

Modern.az xəbər verir ki, 66 kq-da çıxış edən Nicat Nağıyev və 73 kq çəki dərəcəsində Əbil Yusubov 3-cü yeri tutublar. Onlar mübafiq olaraq, fransalı Aleksis Renar və italiyalı Federiko Bosisə qalib gəliblər.

 

Qeyd edək ki, bu gün, həmçinin, kişilərdən Əli Hacızadə (hər ikisi 73 kq) bürünc, qadınlardan Fidan Əlizadə (57 kq) isə qızıl medal uğrunda yarışacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı