Modern.az

Tanınmış biznesmen qətlə yetirildi

Tanınmış biznesmen qətlə yetirildi

Aktual

25 İyun 2022, 07:45

Gürcüstanın paytaxtı Tbilisinin Baqebi rayonunda qətl törədilib.

 

Modern.az xəbər verir ki, tanınmış iş adamı, “Silk Road Group” şirkətinin həmtəsisçisi, MULTIPLEX şirkətinin yaradıcısı Levan Kaçarava küçədə güllələnərək öldürülüb. Hadisə dünən axşam saatlarında baş verib. 

 

İlkin məlumata görə, 53 yaşlı biznesmenin olduğu avtomobilə 20-yə yaxın güllə atılıb. Faktla bağlı cinayət işi açılıb, araşdırma gedir. Qatilin kimliyi hələlik müəyyən edilməyib.

 

Levan Kaçarava energetika və logistika fəaliyyəti ilə məşğul olub. Onun bir çox ölkədə şirkətləri var.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı