Modern.az

Erməni hərbçilər qəzaya düşdü - Ölən və yaralananlar var

Erməni hərbçilər qəzaya düşdü - Ölən və yaralananlar var

Aktual

25 İyun 2022, 10:08

Ermənistanda hərbçiləri daşıyan “KamAZ” markalı avtomobil qəzaya uğrayıb.

 

Modern.az Ermənistan mediasına istinadən xəbər verir ki, hadisə Sünik (Qərbi Zəngəzur) bölgəsində baş verib.

 

Məlumata görə, “Mercedes” markalı minik avtomobili ilə Ermənistan Müdafiə Nazirliyinə məxsus “KamAZ” toqquşub. Qəza nəticəsində bir hərbçi ölüb, dörd nəfər yaralanıb. Yaralılar hərbi hospitala yerləşdirilib. 

 

Ölən və yaralananların kimliyi müəyyənləşdirilir. Hadisənin səbəbi barədə məlumat verilməyib. 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı