Modern.az

Prezident Vətən Müharibəsi Qəhrəmanına general rütbəsi verdi

Prezident Vətən Müharibəsi Qəhrəmanına general rütbəsi verdi

Aktual

25 İyun 2022, 14:34

Bu gün Prezident İlham Əliyev “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında” sərəncam imzalayıb.

 

Modern.az xəbər verir ki, Prezidentin sərəncamına əsasən, Xüsusi Təyinatlı Qüvvələrin zabiti, Vətən Müharibəsi Qəhrəmanı Zaur İlham oğlu Zeynalova “general-mayor” ali hərbi rütbəsi verilib. 

 

Qeyd edək ki, Azərbaycan torpaqlarının işğaldan azad edilməsi əməliyyatlarında qəhrəmanlıq nümunəsi göstərən Z.Zeynalov “Cəbrayılın azad olunmasına görə”, “Şuşanın azad olunmasına görə” və “Kəlbəcərin azad olunmasına görə” medalları ilə də təltif olunub.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı