Modern.az

Stoltenberq: "Ərdoğanla vacib məsələni danışdıq"

Stoltenberq:

Aktual

25 İyun 2022, 14:45

NATO-nun baş katibi Yens Stoltenberq Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Finlandiya və İsveçin alyansa üzvlük müraciətlərini müzakirə etdiyini bildirib.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Yens Stoltenberqin sözlərinə görə, Ərdoğanla danışıqlar gələn həftə davam etdiriləcək.

"Hörmətli üzvümüz Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğanla Finlandiya və İsveçin NATO-ya müraciətlərini müzakirə etmək üçün telefonla danışdıq. Gələn həftə Brüssel və Madriddə danışıqları davam etdirməyə razılaşdıq", - Stoltenberq  deyib.
 

Qeyd edək ki, mayın 18-də Finlandiya və İsveç Rusiyanın Ukraynadakı xüsusi hərbi əməliyyatı fonunda alyansa qoşulmaq üçün NATO-nun baş katibinə ərizə təqdim ediblər. Türkiyə bu müraciətlərə baxılması prosesinin başlamasını əngəlləyib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Ankara Finlandiya və İsveçin NATO-ya üzvlüyünə “hə” deyə bilməz, çünki onların Türkiyədə qadağan olunmuş Kürdüstan Fəhlə Partiyasının (PKK) nümayəndələri ilə münasibətlərə dair verdiyi vədlərə inana bilmir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı