Böyük Britaniyanın baş naziri Boris Conson Ukraynaya görə istefasının mümkünlüyünü etiraf edib. O, bəyan edib ki, Britaniya Kiyevə dəstəyi dayandırmalı olsa, vəzifəsindən imtina etməyə hazırdır.
Modern.az xəbər verir ki, Conson bu barədə BBC-yə danışıb.
Böyük Britaniyanın baş naziri Ukraynaya yardımı prinsipial məsələ adlandırıb. O, əmindir ki, liderlik əxlaqla bağlıdır. Conson istefa verəcəyi şərtlər arasında Ukraynanı dəstəkləməyə işarə edib:
"Əlbəttə, düşünürəm ki, bu, mənəviyyatla bağlıdır. Əgər mənə desəydilər ki, biz Ukrayna davasından əl çəkməliyik və bu xalqı dəstəkləmək inflyasiya, iqtisadi zərər baxımından ciddi riskdir, mən etiraf edirəm, vəzifədən ayrılacaqdım".
Boris Consin indi belə bir vəziyyəti görmədiyini vurğulayıb.