Modern.az

Gürcüstanda turistlər qəzaya düşdü - Yaralılar var

Gürcüstanda turistlər qəzaya düşdü - Yaralılar var

Aktual

25 İyun 2022, 18:49

Gürcüstanın Kaxeti bölgəsinin Gurcaani rayonunda ağır yol qəzası baş verib.

 

Modern.az xəbər verir ki, turistləri daşıyan mikroavtobus minik avtomobili ilə toqquşub.

 

Hadisə nəticəsində 9-u əcnəbi olmaqla 12 nəfər xəsarət alıb. Sərnişinlərdən bir neçəsinin vəziyyəti ağır qiymətləndirilir.

 

Qəzanın səbəbi hələlik açıqlanmayıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı