Modern.az

İtaliya Ukraynaya yeni silahlar göndərəcək

İtaliya Ukraynaya yeni silahlar göndərəcək

Aktual

26 İyun 2022, 14:45

İtaliya hakimiyyəti Kiyevə silah tədarükü ilə bağlı yeni fərman hazırlayır.

 

Modern az xəbər verir ki, bu barədə “Il Messaggero” qəzeti yazıb.

 

Qeyd olunub ki, tədarük ediləcək silahların siyahısı ilə bağlı yekun qərar NATO-nun ayın sonunda Madriddə keçiriləcək sammitindən sonra alyansdakı tərəfdaşlarla razılaşdırılacaq və elan olunacaq.

 

Nəşrin məlumatına görə, əvvəlki dövrlərdə olduğu kimi, silahların siyahısı təsnifləşdiriləcək, bura M130 özüyeriyən artilleriya qurğusu, həmçinin haubitsalar və zirehli hərbi maşınlar daxil olacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı