Türkiyənin “Azov Konkord” yük gəmisi iyunun 25-də Ukraynanın Mariupol şəhərindən Rusiyanın Novorossiysk limanına gəlib.
Modern.az TASS-a istinadən xəbər verir ki, gəmi yük götürdükdən sonra iyunun 26-da Türkiyəyə yola düşüb.
Məlumata görə, “Azov Konkord” gəmisinin yükü kömür olub. Yükləmə zamanı insident baş verməyib.