Modern.az

Abenin mühafizəsində boşluqlar olub - RƏSMİ

Abenin mühafizəsində boşluqlar olub - RƏSMİ

Aktual

11 İyul 2022, 15:42

Sui-qəsd nəticəsində həyatını itirən Yaponiyanın keçmiş Baş naziri Şindzo Abenin mühafizəsində boşluqlar olub.

 

Modern.az "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Yaponiya Nazirlər Kabinetinin Baş katibi Hirokazu Matsuno bildirib.

 

O deyib ki, hökumət keçmiş Baş nazirin təhlükəsizlik və mühafizə sistemində boşluqların olduğunu göstərən hesabat alıb.

 

Qeyd olunub ki, hökumət keçmiş baş nazir Abenin öldürülməsi ilə bağlı təhlükəsizlik boşluqlarının müzakirəsini və təhqiqatın yekun nəticələrini gözləyir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı