Modern.az

Britaniyanın bu limanında 61 uçuş ləğv edildi

Britaniyanın bu limanında 61 uçuş ləğv edildi

Aktual

11 İyul 2022, 16:53

Böyük Britaniyanın Hitrou hava limanında 61 uçuş ləğv edilib.

 

Modern.az xəbər verir ki, hava limanı iyulun 11-də aviaşirkətlərə 61 reysi ləğv etmələrini söyləyib və bu yay gecikmələrin daha çox olacağı haqqında xəbərdarlıq edib.

 

Buna səbəb kimi sərnişinlərin sayının çox olması və onlara qulluq göstərmək üçün kifayət qədər işçinin olmadığı göstərilib. Onlar sərnişinlərin səyahət planlarına təsir göstərdiklərinə görə üzr istəyiblər və başqa reyslərlə təmin olunmaları üçün aviaşirkətlərlə sıx əməkdaşlıq etdiklərini bildiriblər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı