Modern.az

Bayden Ermənistana yeni səfir təklifini Senata göndərdi

Bayden Ermənistana yeni səfir təklifini Senata göndərdi

Aktual

12 İyul 2022, 09:15

ABŞ prezidenti Co Bayden Ermənistan və Tacikistana yeni səfirlərin təyin edilməsi ilə bağlı Senata təkliflər göndərib. Modern.az xəbər verir ki, bu barədə Ağ Evin saytında bildirilib.


Sənədlərə görə, Bayden Kaliforniya ştatından olan diplomat Kristina Kvini Ermənistana səfir təklif edir.
 

ABŞ-ın Tacikistandakı diplomatik missiyasının rəhbəri vəzifəsinə də Kaliforniyadan olan diplomat Manuel Maykoller təklif olunub.


Xatırladaq ki, ABŞ-ın Ermənistandakı diplomatik missiyasının hazırkı rəhbəri Lin Treysinin səlahiyyətləri tezliklə başa çatacaq.
 

Kristina Kvin karyera diplomatıdır, hazırda ABŞ-ın Ukraynada müvəqqəti işlər vəkili vəzifəsində çalışır və 2020-ci ilin yanvarından bu postu tutur. Bundan əvvəl o, ABŞ-ın Fransadakı səfirinin müavini, həmçinin səfirliyin iqtisadi müşaviri olub.
 

Kristina Kvinin namizədliyi çox güman ki, sentyabrda Senat tərəfindən təsdiqlənməlidir.
 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı