Modern.az

Armen Qriqoryan Hikmət Hacıyevlə son görüşünün ləğvindən danışdı

Armen Qriqoryan Hikmət Hacıyevlə son görüşünün ləğvindən danışdı

Aktual

12 İyul 2022, 09:22

Rəsmi İrəvan Ermənistan-Azərbaycan münasibətlərinin gündəminin sürətlə irəliləməsi üçün fəaliyyətini davam etdirir.
 

Modern.az xəbər verir ki, bunu Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan İctimai Televiziyanın efirində Azərbaycan prezidentinin köməkçisi Hikmət Hacıyevlə son görüşünün ləğvini nəzərə alaraq, bu prosesin dalana dirənib-dirənmədiyi barədə suala cavab verərkən deyib.
 

“Mən deməzdim ki, bu proses dalana dirənib, çünki delimitasiya ilə bağlı ilk görüş baş nazirin müavinləri səviyyəsində keçirilib və hər iki tərəf bu görüşü müsbət qiymətləndirib. Növbəti görüş Moskvada, daha sonra Brüsseldə keçiriləcək. Ümid edirik ki, görüşlə bağlı razılıq ən qısa zamanda əldə olunacaq. Siz də bilirsiniz ki, baş nazirin müavinləri bu yaxınlarda Sankt-Peterburqda görüşdülər və ümumilikdə öz mövqelərini mümkün qədər yaxınlaşdırmağa çalışdılar. Hesab edirəm ki, bununla bağlı bizdə müsbət impuls var və irəli getmək üçün imkanlar var”.
 

Onun sözlərinə görə, Ermənistan danışıqlara hazırdı: “Bir daha açıq şəkildə təsdiq edə bilərəm ki, erməni tərəfi substantiv danışıqlara həmişə hazırdır və Azərbaycan tərəfi siyasi iradə göstərsə, təbii ki, biz daha sürətlə irəliləyəcəyik”, - deyə o bildirib.
 

Qriqoryan yaxın vaxtlarda onunla Hikmət Hacıyev arasında görüşün baş tutacağına ümid etdiyini bildirib.


“Bu görüş və digər məsələlər müzakirə olunur... Ümid edək ki, yaxın vaxtlarda sülh müqaviləsi mövzusunda əsaslı görüşlər olacaq və biz irəliyə gedə biləcəyik, xarici işlər nazirlikləri bu istiqamətdə işləyirlər. Ümid edək ki, yaxın gələcəkdə irəliləyişlərimiz olacaq” .

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı