Modern.az

Bir gündə 7 ölü, 34 yaralı - Xarkovdan son xəbər

Bir gündə 7 ölü, 34 yaralı - Xarkovdan son xəbər

Aktual

12 İyul 2022, 10:32

Rusların Ukraynanın Xarkov vilayətini atəşə tutması nəticəsində bir gün ərzində 7 nəfər həlak olub, 34 nəfər yaralanıb.


Modern.az xəbər verir ki, bu barədə Xarkov Vilayət Hərbi Administrasiyasının regiondakı vəziyyətlə bağlı səhər saat 8:00-a olan yekun hesabatında deyilir.

"Gecə saatlarında ruslar 2 raket atıb, evlərlə inzibati bina arasındakı açıq sahəyə düşüb. İlkin zərərçəkən yoxdur. Əraziyə baxış keçirilir", - məlumatda deyilir.
 

Qeyd olunur ki, işğalçılar bölgədəki Boqoduxovski, İzyumski, Xarkov rayonlarını atəşə tutub.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı