İyulun 11-də saat 15 radələrində İsmayıllı rayonunun Aşıqbayramlı kəndi ərazisində Göyçay rayon sakinləri Şükran Cəfərovun idarə etdiyi “VAZ-2104” markalı və S.Hüseynovun idarə etdiyi “Howo” markalı avtomobillər toqquşub.
Bu barədə Daxili İşlər Nazirliyindən (DİN) Modern.az-a verilən məlumatda bildirilib.
Qeyd edilib ki, nəticədə Ş.Cəfərov və sərnişini olan arvadı V.Novruzova aldıqları xəsarətlərlə xəstəxanaya yerləşdirilib, Ş.Cəfərov orada ölüb.
Məlumata görə, Şükran Cəfərov 15 gün əvvəl ailə həyatı qurubmuş.
Faktla bağlı Baş Dövlət Yol Polisi İdarəsinin istintaq və təhqiqat şöbəsi tərəfindən araşdırma aparılır.
İsmayıllı RPŞ tərəfindən araşdırma aparılır.
