Modern.az

103 yaşlı kişi uzunömürlülüyünün səbəbini açıqlayıb

103 yaşlı kişi uzunömürlülüyünün səbəbini açıqlayıb

Aktual

12 İyul 2022, 11:27

ABŞ-ın 103 yaşlı sakini növbəti ad gününü qeyd edib və uzunömürlülüyünün səbəbini bölüşüb.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Nyu-Yorkdan olan Cek Stollakın yaşadığı pansionat onun üçün böyük şənlik təşkil edib.

Stollak 1919-cu ildə Manhettendə anadan olub. O, dörd il orduda xidmət keçib və İkinci Dünya Müharibəsində iştirak edib. Müharibədən sonra evə qayıdan Cek Stollak  həyat yoldaşı Eva ilə tanış olaraq evlənib və 73 il onunla birgə yaşayıb. Bu müddət ərzində onlar üç uşaq valideynləri olublar.
 

Cek Stollak uzunömürlülüyün sirrini qısamüddətli sevgi münasibətlərindən imtina etməsilə in əlaqələndirib.

“Mən keçici romantikalardan uzaq durdum. Bu, əlbəttə ki zarafatdır. Mənim sadəcə bəxtim gətirib. Mən qocalmağıma nəzarət edə bilmirəm. Amma bu proses çox eleqant görünür. Ən azından mənə belə deyirlər”, - 103 yaşlı kişi zarafat edib.
 

Daha əvvəl bildirilmişdi ki, 107 yaşlı Kanada sakini onun uzunömürlülüyünə töhfə verən məhsulun adını çəkib. Doroti Tennant duzlu pendir sayəsində bu qədər uzun yaşadığına inanır.

 

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı