Modern.az

Ruslar Ukraynada öldürülən əcnəbi döyüşçülərin sayını açıqladı

Ruslar Ukraynada öldürülən əcnəbi döyüşçülərin sayını açıqladı

Aktual

12 İyul 2022, 13:42

Son üç həftə ərzində Ukraynada 400-ə yaxın əcnəbi muzdlu öldürülüb, daha 240 silahlı isə onun sərhədlərini tərk edib.


Modern.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi bəyan edib.


"Rusiya Müdafiə Nazirliyi döyüş əməliyyatlarında iştirak etmək üçün Ukraynaya gələn bütün əcnəbi muzdluları izləyir və adlarını qeyd edir. Kiyev rejimi nümayəndələrinin əraziyə gələn guya 20 min əcnəbi muzdlu haqqında yalan bəyanatlarının əksinə olaraq, Ukraynada, onların real sayı daha azdır”.


“Beləliklə, son üç həftə ərzində Rusiya Silahlı Qüvvələrinin hücum əməliyyatları nəticəsində Ukraynada muzdluların sayı 3221 nəfərdən 2741 nəfərə qədər azalıb”, – Rusiya Müdafiə Nazirliyi qeyd edib.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı