Modern.az

Xaçmazda silsilə oğurluq edən şəxs tutulub

Xaçmazda silsilə oğurluq edən şəxs tutulub

Aktual

12 İyul 2022, 15:17

Xaçmaz  Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisindən baş verən oğurluq hadisələrinə qarşı silsilə əməliyyat-axtarış tədbirləri keçiriblər. 


Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Quba regional qrupundan Modern.az-a verilən məlumata görə, daxil olmuş müraciətlərlə əlaqədar polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq hadisələrini törətməkdə şübhəli bilinən rayon sakin Feyzulla Nurməmmədov saxlanılıb. 


Araşdırmalar zamanı həmin şəxsin rayon ərazisində müxtəlif mağazalardan ümumi dəyəri 3180 manatdan çox olan müxtəlif növ spirtli içkilər, siqaretlər, məişət əşyaları və texniki avadanlıqlar, eləcə də  ümumilikdə 330 manat nağd pul oğurladığı müəyyən edilib.


Faktlarla bağlı Xaçmaz RPŞ-də cinayət işi başlanılıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı