Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 63 yeni yoluxma faktı qeydə alınıb, 41 nəfər müalicə olunaraq sağalıb.
Modern.az xəbər verir ki, Nazirlər Kabineti yanında Operativ Qərargahın məlumatına görə, son sutkada ölən olmayıb.
Ölkədə indiyədək ümumilikdə 793 827 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 783 703 nəfər müalicə olunaraq sağalıb, 9 719 nəfər vəfat edib, aktiv xəstə sayı 405 nəfərdir.
Son sutka ərzində 1967, hazırkı dövrədək isə 6 989 636 test aparılıb.