Modern.az

Aİ-Azərbaycan Əməkdaşlıq Şurasının iclası bu tarixdə keçiriləcək 

Aİ-Azərbaycan Əməkdaşlıq Şurasının iclası bu tarixdə keçiriləcək 

Aktual

12 İyul 2022, 19:35

İyulun 19-da Brüsseldə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun sədrliyi ilə Avropa İttifaqı və Azərbaycan arasında Əməkdaşlıq Şurasının on səkkizinci iclası keçiriləcək.

 

Modern.az xəbər verir ki, bu barədə Avropa İttifaqı Şurasının rəsmi saytında məlumat yayılıb.

 

Aİ-nin nümayəndə heyətinə xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndə Josep Borrel rəhbərlik edəcək.

 

Əməkdaşlıq Şurası Aİ-Azərbaycan ikitərəfli münasibətlərində mövcud vəziyyəti və növbəti addımları müzakirə edəcək, diqqəti Aİ-Azərbaycan tərəfdaşlıq prioritetləri və sektoral əməkdaşlığa, eləcə də Şərq Tərəfdaşlığına, İqtisadi və İnvestisiya Planının icrasına yönəldəcək.

 

Daha sonra Əməkdaşlıq Şurası siyasi məsələlər, o cümlədən regional problemlər, demokratiya, qanunun aliliyi və insan hüquqları ilə bağlı fikir mübadiləsi aparacaq.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı