Ağdamın “Qarabağ” komandası UEFA Çempionlar Liqasının ikinci təsnifat mərhələsinə yüksəlib.
Modern.az xəbər verir ki, Ağdam təmsilçisi turnirin birinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində Polşanın “Lex” komandasını qəbul edib.
Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən matçda “Qarabağ” komandası 5:1 hesablı qələbə qazanıb.
Ağdam təmsilçisinin heyətində Kadi Borges dubl edib, Filip Ozobiç, Kevin Medina və Abbas Hüseynov fərqləniblər. Rəqib komandada yeganə qolun müəllifi Kristoffer Velde olub.
Poznandakı ilk matçda “Qarabağ” minimal hesabla uduzub - 0:1.
Beləliklə, iki oyunun nəticəsinə görə Ağdam klubu növbəti mərhələyə yükləyib.
Qeyd edək ki, “Qarabağ” ikinci təsnifat mərhələsində İsveçrənin "Sürix" klubu ilə qarşılaşacaq. “Lex” isə UEFA Konfrans Liqasının ikinci təsnifat mərhələsində "Slovan" (Slovakiya) – "Dinamo" (Batumi, Gürcüstan) cütünün güclüsü ilə üz-üzə gələcək
***
21:37
"Qarabağ" Bakıda Polşa "Lex"inə qarşı keçirdiyi UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyununda 5-ci qolu rəqibin qapısından keçirib.
Modern.az xəbər verir ki, 78-ci dəqiqədə Abbas Hüseynov fərqlənib.
***
21:31
"Qarabağ" Bakıda Polşa "Lex"inə qarşı keçirdiyi UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyununda 4-cü qolu vurub.
Modern.az xəbər verir ki, Kadi Borges 74-cü dəqiqədə dubl edib - 4:1.
***
21:20
“Qarabağ” futbol komandası “Lex” ilə oyunda hesab arasındakı fərqi artırıb.
Modern.az xəbər verir ki, UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçirilən matçın 56-cı dəqiqəsində Kevin Medina fərqlənib.
Oyunda hesabı Polşa təmsilçisi açıb. Qarşılaşmanın 1-ci dəqiqəsində Kristoffer Velde fərqlənib. Oyunun 14-cü dəqiqəsində “Qarabağ”ın oyunçusu Kadi Borges hesabı bərabərləşdirib. Qarşılaşmanın 42-ci dəqiqəsində “Qarabağ”ın yarımmüdafiəçisi Filip Ozobiç baxımlı qola imza atıb və komandasını hesabda önə keçirib.
Hazırda matçda ikinci hissə oynanılır və hesabda “Qarabağ” öndədir – 3:1.
***
20:48
UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçirilən “Qarabağ” - “Lex” oyununda Ağdam təmsilçisi fasiləyə üstün yollanıb.
Modern.az xəbər verir ki, matçda hesabı Polşa təmsilçisi açıb. Qarşılaşmanın 1-ci dəqiqəsində Kristoffer Velde fərqlənib. Oyunun 14-cü dəqiqəsində “Qarabağ”ın oyunçusu Kadi Borges hesabı bərabərləşdirib. Qarşılaşmanın 42-ci dəqiqəsində “Qarabağ”ın yarımmüdafiəçisi Filip Ozobiç baxımlı qola imza atıb və komandasını hesabda önə keçirib.
Görüşün birinci hissəsi “Qarabağ”ın üstünlüyü ilə başa çatıb – 2:1.
***
20:38
Bakıda "Qarabağ" və Polşanın "Lex" komandası arasında keçirilən UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyununda ikinci qol vurulub.
Modern.az xəbər verir ki, "köhlən atlar"dan Kadi Borges 14-cü dəqiqədə hesabı bərabərləşdirib.
***
20:08
Bakıda "Qarabağ" və Polşanın "Lex" komandası arasında keçirilən UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyununda erkən qol vurulub.
Modern.az xəbər verir ki, qonaqlar 20-ci saniyədə hesabı açıblar. Poznan təmsilçisindən Kristoffer Velde fərqlənib.
***
20:00
Bakıda "Qarabağ" və Polşanın "Lex" komandası arasında UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyunu başlayıb.
Modern.az xəbər verir ki, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən qarşılaşma saat 20:00-da başlayıb. Görüşü ingiltərəli FIFA referisi Endryu Medli idarə edir.
Qeyd edək ki, Polşadakı ilk matçda "köhlən atlar" rəqibinə minimal hesabla uduzub - 0:1.