"İlk olaraq bizim möhtəşəm azarkeşlərə təşəkkür edirəm. Birinci oyundan sonra hamı rəqibin fanatlarından danışırdı. Mən də bildirmişdim ki, bizim tərəfdarlar onlardan zəif deyil. Bunun da şahidi olduq. 10 milyon azərbaycanlı bizimlə idi. Bu gün onu hiss etdik".
Modern.az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib.
Qurbanov 5 qollu qalibiyyət əldə etmələrinə toxunub: "Belə hesab gözləmirdim. Həqiqətən güclü komandaya qarşı oynayırdıq. Futbol elə səviyyəyə gəlib ki, istənilən oyunda böyük hesablı nəticə ola bilər. Azarkeşlər buna layiq idilər. Qalib gələcəyimizə inanırdıq".