Modern.az

Çempionlar Liqasında növbəti mərhələyə çıxan KLUBLAR

Çempionlar Liqasında növbəti mərhələyə çıxan KLUBLAR

Aktual

13 İyul 2022, 08:09

İyulun 12-də UEFA Çempionlar Liqasında birinci təsnifat mərhələsinin cavab oyunlarına start verilib.

 

Modern.az-ın məlumatına görə, ilk oyun günündə 9 qarşılaşma keçirilib.

 

Azərbaycan təmsilçisi “Qarabağ” Bakıda Polşanın “Lex” klubunu 5:1 hesabı ilə məğlub edib. “Qarabağ” səfərdəki qarşılaşmada isə rəqibinə 0:1 hesabı ilə uduzub. İki oyunun nəticəsinə görə, “Qarabağ” növbəti mərhələyə yüksəlib.

 

Günün digər oyunlarının nəticələri aşağıdakı kimidir:

 

RFŞ (Latviya) - HIK (Finlandiya) – 2:1 (penalti 4:5)

İlk oyun - 0:1.

 

“Jalgiris” (Litva) – “Balkani” (Kosovo) – 0:0 (əlavə vaxt 1:0)

İlk oyun - 1:1.

 

“Qarabağ” (Azərbaycan) – “Lex” (Polşa) – 5:1

İlk oyun - 0:1.

 

“Linkoln” (Cəbəllütariq) - "Şkupi" (Şimali Makedoniya) – 2:0

İlk oyun - 0:3.

 

“Şerif” (Moldova) – “Zrinski” (Bosniya və Herseqovina) – 1:0

İlk oyun - 0:0

 

“Tirana” (Albaniya) - "Düdelanj" (Lüksemburq) – 1:2

İlk oyun - 0:1.

 

“Hibernians” (Malta) – “Şemrok Rovers” (İrlandiya) – 0:0

İlk oyun - 0:3.

 

“Sutyeska” (Monteneqro) – “Lüdoqorets” (Bolqarıstan) – 0:1

İlk oyun - 0:2.

 

“Vikinqur” (İslandiya) – “Malmö” (İsveç) – 3:3

İlk oyun - 2:3.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı