Modern.az

YAP Kəlbəcər rayon təşkilatının əməkdaşları şəhid ailələrini ziyarət edib

YAP Kəlbəcər rayon təşkilatının əməkdaşları şəhid ailələrini ziyarət edib

Aktual

13 İyul 2022, 10:56

Yeni Azərbaycan Partiyası (YAP) Kəlbəcər Rayon Təşkilatının sədri Həbib Misirov və əməkdaşları Qurban Bayramı münasibətilə Bakı şəhəri, Suraxanı rayonu Ramana qəsəbəsində Kəlbəcər rayonundan olan şəhid, cəsur döyüşçü Məhərrəmli Fuad Fizuli oğlunun, Bakı şəhəri, Xəzər rayon Qala qəsəbəsində Birinci Qarabağ müharibəsi şəhidi Məhərrəmov Yadigar Mirzə oğlunun 92 yaşlı anası Minə Məhərrəmovanı, Tərtər rayonun Bəyimsarov kəndində məskunlaşan Vətən müharibəsi şəhidi Hüseynzadə Elgiz İbrahim oğlunun, Tərtər rayonunun Bəyimsarov kəndində 44 günlük Vətən müharibəsi şəhidi Hüseynov Mirzə Xəlifə oğlunun, Mingəçevir şəhərində Muxtorov Taleh Həşim oğlunun, Gəncə şəhəri və Göygöl rayonunda Məmmədov Cavad Səfiyar oğlunun, Heydərov Qismət İsmayıl oğlunun və Verdiyev Eldəniz Rabil oğlunun ailələrini ziyarət edərək Qurban Bayramlarını təbrik edib, bayram sovqatları çatdırıblar.

 

Modern.az xəbər verir ki, YAP Kəlbəcər rayon təşkilatının əməkdaşları dövlətimizin şəhid ailələrinə göstərdiyi diqqət və qayğıdan danışıb, hər zaman dövlətin şəhid ailələrinin yanında olduğunu bildirib.

 

Şəhidlərimizin ailə üzvüləri dövlət səviyyəsində şəhid ailələrinə göstərilən diqqət və qayğıdan razı qaldıqlarını bildirmiş, Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

 

Uca Allah dövlətimizi qorusun! Şəhidlərimizin ruhu şad olsun! Allah Şəhidlərimizin doğmalarına səbr versin!

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı