Modern.az

Bal arısı yeşiklərini oğurlayan şəxs tutuldu

Bal arısı yeşiklərini oğurlayan şəxs tutuldu

Aktual

13 İyul 2022, 11:24

Xaçmazda oğurluq edən şəxs tutulub.

 

Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan Modern.az-a verilən məlumata görə, daxil olmuş müraciətlərlə əlaqədar polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq hadisələrini törətməkdə şübhəli bilinən rayon sakin Nadir Şeydayev saxlanılıb.

 

Araşdırmalar zamanı həmin şəxsin rayon ərazisində müxtəlif mağazalardan və evlərdən oğurluq etməklə ümumilikdə zərərçəkmişlərə 2029 manat (ümumi dəyəri 1200 manatdan çox olan bal arısı yeşikləri, 650 manat dəyərində fındıq və 179 manat dəyərində kərə yağı) zərər vurduğu müəyyən edilib.

 

Faktlarla bağlı Xaçmaz RPŞ-də cinayət işi başlanılıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı