Ötən gün paytaxtın Yasamal rayonu ərazisində Azərbaycan bayrağının ayaqlar altına atıldığına dair yayılan məlumatlar həqiqəti əks etdirmir.
Bu barədə Modern.az-a Yasamal Rayon İcra Hakimiyyətindən məlumat verilib. Bildirilib ki, Yasamal parkında guya ki, Azərbaycan dövlət bayrağının yerə atılmasını iddia edən məlumat və foto birmənalı şəkildə uydurmadır və saxta xarakter daşıyır:
“Bayrag olduğu iddia edilən və yerə atılan əşya əslində uşaq əyləncə batutudur və onun boşaldılmış halıdır. Yasamal Rayon İcra Hakimiyyəti mətbuat işçilərinə yoxlanılmamış iddiaları dərc etməməyi tövsiyə edir”.