Modern.az

"Qarabağ" - "Sürix" oyunu bu tarixdə KEÇİRİLƏCƏK

Aktual

13 İyul 2022, 12:46

"Qarabağ" və İsveçrə "Sürix"i arasında keçiriləcək UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin Bakıdakı ilk oyununun vaxtı bəlli olub.

 

Modern.az  xəbər verir ki, qarşılaşma iyulun 19-da saat 20:00-da başlayacaq.

 

İyulun 27-də "Letsiqrund" stadionunda keçiriləcək matç Bakı vaxtı ilə saat 21:00-da start götürəcək.

 

Qeyd edək ki, "köhlən atlar" I təsnifat mərhələsində Polşa "Lex"ini mübarizədən kənarlaşdırıb - 0:1; 5:1.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı