Rusiyalıların əksəriyyəti - 83%-i özünü xoşbəxt hesab edir.
Modern.az xəbər verir ki, bu haqda Ümumrusiya İctimai Rəyin Öyrənilməsi Mərkəzinin hesabatında bildirilib.
Sorğuya əsasən, rusların 14%-i özünü bədbəxt hesab edir, 4%-i cavab verməkdə çətinlik çəkib.
Hesabatda qeyd edilir ki, Rusiyanın sakinləri ən xoşbəxt sakinləri Cənub Federal Dairəsində yaşayanlardı - 86%. Xoşbəxtlik baxımından ikinci yerdə Mərkəzi Federal Dairə (84%), üçüncü yerdə Şimali Qafqaz (83%) qərarlaşıb. Ural, Volqa və Sibir federal dairələrində insanların 80%-i özünü xoşbəxt hesab edir. Bu rəqəm Uzaq Şərqdə 77%, Şimal-Qərbdə 76% təşkil edir.
Sorğu iştirakçıları onları xoşbəxt edən şeylərdən danışıblar. Ailə, qohumlar, dostlar və yaxınlar respondentlərin 15%-i üçün xoşbəxtlik mənbəyi olub.
Övladların, nəvələrin və qohumların uğuru respondentlərin 11%-ni sevindirir, eyni sayda respondent (11%) etiraf edib ki, onların xoşbəxtlik mənbəyi istirahət, həftəsonları, tətillər, səyahətlər və kurort yerlərində olmaqdır.
9% üçün xoşbəxtlik uşağın və ya nəvənin doğulması, 7% üçün qohumlar və dostlarla görüşdür.
Respondentlərdən onları nəyin əsəbləşdirdiyi də soruşulub.
15%-də sağlamlıq problemləri, 9-də yaxınlarının ölümü, 6%-də yaxınları ilə münaqişələr, 5%-də işlə bağlı problemlər bədbəxtlik hesab edilib.
Sorğunun nəticələrinə görə, rusların daha 4%-i qiymət artımı və inflyasiyadan, eyni sayda (4%) insan isə maliyyə çətinliklərindən narazıdır.
3%-də məyusluğun səbəbi uşaqların şıltaqlıqları və pis davranışlarıdır.