Modern.az

Rusiyadan Ermənistan-Türkiyə danışıqlarına reaksiya

Rusiyadan Ermənistan-Türkiyə danışıqlarına reaksiya

Aktual

14 İyul 2022, 14:26

Rusiya Ermənistan və Türkiyə arasında yanvarın 14-də Rusiya Federasiyasının vasitəçiliyi ilə Moskvada başlanmış münasibətlərin normallaşması prosesini daim dəstəkləyir.

 

Modern.az xəbər verir ki, bunu həftəlik brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova deyib.

 

“Biz Ermənistan-Türkiyə dialoquna bundan sonra da hər cür kömək etməyə hazırıq. Biz ondan çıxış edirik ki, bu, regionun maraqlarına, sabitliyinə və iqtisadi rifahına uyğundur”.

 

Zaxarova xatırladıb ki, Rusiya təkcə 2022-ci ildə İrəvanla Ankara arasında münasibətlərin normallaşmasına töhfə verməyib, prosesi daim dəstəkləyib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İsrail qırıcıları İrana GİRİR - Şiddətli BOMBALANMA...