Modern.az

Günün ikinci MİNA PARTLAYIŞI - Bu dəfə türk sürücü yaralandı

Günün ikinci MİNA PARTLAYIŞI - Bu dəfə türk sürücü yaralandı

Aktual

14 İyul 2022, 17:12

İyulun 14-ü saat 14 radələrində Xocavənd rayonunun işğaldan azad edilmiş Tağaverd kəndi ərazisində Türkiyə Respublikasının vətəndaşı 1987-ci il təvəllüdlü Yalpiri Yıldırayın  minaya düşməsi ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.

 

Bu barədə Xocavənd rayon prokurorluğundan Modern.az-a verilən məlumatda bildirilib.


İlkin araşdırmalarla həmin ərazidə təmir tikinti işləri aparılan zaman tikinti şirkətində ekskavator sürücüsü kimi çalışan Yalpiri Yıldırayın minaya düşməsi nəticəsində müxtəlif dərəcəli bədən xəsarətləri alması müəyyən edilmişdir.

Hazırda faktla bağlı Xocavənd rayon prokurorluğunda araşdırma aparılır.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı