Modern.az

Rusiya səfiri Şuşaya SƏFƏR ETDİ 

Rusiya səfiri Şuşaya SƏFƏR ETDİ 

Aktual

14 İyul 2022, 20:07

Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov ölkəmizin mədəniyyət paytaxtı Şuşada olub.

 

Modern.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov "Twitter"də bildirib.

 

Qonaq, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu ilə birlikdə şəhərlə, onun tarixi və gələcək inkişaf planları ilə tanış olub.

 

Diplomat işğalçılar tərəfindən dağıdılmış mədəniyyət və memarlıq abidələrinin vəziyyətini əyani olaraq görüb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı