Modern.az

Hibrid avtomobillər nə zaman vergiyə cəlb olunur?

Hibrid avtomobillər nə zaman vergiyə cəlb olunur?

Aktual

14 İyul 2022, 20:55

Avtomobil satışı ilə məşğul olan müəssisə 5 hibrid avtomobil idxal edib. Həmin avtomobillərin cari təmir işləri görülməklə satışı həyata keçirilərsə, bu zaman ƏDV öhdəliyi yaranırmı?

 

Modern.az Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, Vergi Məcəlləsinin 2022-ci il yanvarın 1-dən qüvvəyə minmiş müddəalarına əsasən, istehsal tarixi 3 ildən və mühərrikinin həcmi 2500 kubsantimetrdən çox olmayan hibrid avtomobillərin idxalı və satışı 2022-ci il yanvarın 1-dən 3 il müddətinə ƏDV-dən azaddır.

 

Bununla yanaşı, istehsal tarixi 3 ildən yuxarı olan hibrid avtomobillərin satışı isə ümumi qaydada 18 faiz dərəcə ilə ƏDV-yə cəlb olunur.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı