Modern.az

Narkotik çəkib maşın sürdü

Narkotik çəkib maşın sürdü

Aktual

21 İyul 2022, 11:08

Baş Dövlət Yol Polisi İdarəsinin əməkdaşları tərəfindən iyulun 19-da saat 14 radələrində Siyəzən rayonu ərazisində “Opel” markalı avtomobil saxlanılıb.

 

DİN-dən Modern.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən sürücü, Bakı şəhər sakini Ramal Zamanovun narkotik vasitə qəbul etməsi müəyyən edilib.

 

Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 327.2-ci və 333.1-ci maddələri ilə protokol tərtib olunub. Avtomobildə narkotik vasitəyə bənzər kütlə aşkar edildiyindən o, Siyəzən Rayon Polis Şöbəsinə təhvil verilib. Avtomobilə baxış zamanı oradan metamfetamin aşkar olunaraq götürülüb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!