Modern.az

İtaliya parlamenti buraxıldı 

İtaliya parlamenti buraxıldı 

Aktual

21 İyul 2022, 20:28

İtaliya prezidenti Sercio Mattarella parlamenti buraxıb.

 

Modern.az xəbər verir ki, bu barədə İtaliya prezidentinin rəsmi saytı məlumat yayıb.

 

“Respublika prezidenti Sercio Mattarella parlamentin iki palatasının sədrini dinlədikdən sonra Konstitusiyanın 88-ci maddəsinə uyğun olaraq, Respublika Senatının və Deputatlar Palatasının buraxılması haqqında fərman imzalayıb”, - internet saytında yerləşdirilən məlumatda deyilir.

 

Xatırladaq ki, İtaliyanın baş naziri Mario Draqi bir müddət əvvəl istefa verdiyini açıqlamışdı.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
İsrail Ərdoğanı hədəf aldı - Bizi sınağa çəkmə!