Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 434 yeni yoluxma faktı qeydə alınıb, 324 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 1 nəfər vəfat edib.
İndiyədək ümumilikdə 798 838 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 786 682 nəfər müalicə olunaraq sağalıb, 9748 nəfər vəfat edib, aktiv xəstə sayı 2408 nəfərdir.
Son sutka ərzində 3129, hazırkı dövrədək isə 7 045 427 test aparılıb.
