Modern.az

39 yaşlı kişini maşın vurub öldürdü

39 yaşlı kişini maşın vurub öldürdü

Aktual

31 İyul 2022, 17:07

Zaqatalada avtomobil piyadanı vurub öldürüb.

 

Modern.az-ın məlumatına görə, hadisə rayonun Dağlı kənd ərazisində baş verib.

 

Belə ki, rayon sakini Bilal Hilalov idarə etdiyi “Opel” markalı avtomobillə yolu keçmək istəyən piyada 1983-cü il təvəllüdlü Dağlı kənd sakini Məhərrəmov Osman Hacı oğlunu vurub.

 

Piyada aldığı ağır xəsarətlərdən hadisə yerində keçinib. Faktla bağlı araşdırma aparılır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İrandan daha bir hücum - Bakı hədəfə alındı