Modern.az

Putin yeni doktrina imzaladı  - İldırımsürətli cavab...

Putin yeni doktrina imzaladı  - İldırımsürətli cavab...

Aktual

31 İyul 2022, 18:12

Rusiya Prezidenti Vladimir Putin yeni dəniz doktrinası imzalayıb.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiya mətbuatı məlumat yayıb.

 

Putin Sankt-Peterburqda dəniz paradında çıxışı zamanı deyib ki, Rusiya üçün əsas təhlükələr ABŞ-ın okeanlarda hökmranlıq kursu və NATO-nun fəaliyyətinin artmasıdır:

 

"Rusiya öz dəniz sərhədlərini hər vasitə ilə möhkəm qoruyacaq. Donanma ölkənin suverenliyinə qəsd edən hər kəsə ildırım sürəti ilə cavab verməyə hazırdır", - deyə o, qeyd edib.

 

Yeni doktrinaya əsasən, Rusiyanın NATO ilə münasibətlərində müəyyənedici amil Alyansın infrastrukturunun ölkə sərhədlərinə doğru hərəkətinin qəbuledilməzliyidir.

 

Doktrina Rusiyanın, ilk növbədə, Arktika, Qara, Oxotsk və Berinq dənizlərində milli maraqların sərhədləri və zonalarını müəyyən edir. Bundan əlavə, Qara dəniz donanmasının qruplaşmalarının gücləndirilməsi, Rusiya bayrağı altında üzən gəmilərin payının artırılması və Baltik dənizində yeni liman komplekslərinin tikilməsi nəzərdə tutulur.

 

Rusiya dokrtrina çərçivəsində İran, İraq və Səudiyyə Ərəbistanı ilə əməkdaşlığı, Hindistanla dəniz əlaqələrini genişləndirməyi planlaşdırır.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı