Modern.az

"Qarabağ"ın futbolçusu əməliyyat olunacaq

Aktual

31 İyul 2022, 18:40

"Qarabağ" klubunun zədəli futbolçusu Kevin Medinanın son durumuna aydınlıq gətirilib.

 

Modern.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

 

MRT müayinəsindən keçən 29 yaşlı oyunçunun qasıq bağlarında yırtıq aşkarlanıb.

 

"Medina yaxın günlərdə ölkə xaricində əməliyyat olunacaq. Həkimlər indiki vəziyyətdə bərpa prosesinin 2 aya yaxın çəkəcəyini bildiriblər. Amma əməliyyatdan sonra bununda bağlı daha dəqiq məlumat veriləcək", - açıqlamada deyilir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı