"Paris Sen-Jermen" klubu Fransa Superkuboku uğrunda keçirilən oyunda "Nant" komandasını 4:0 hesabı ilə məğlub edib.
Modern.az xəbər verir ki, görüş Tel-Avivdə yerləşən "Blumfild" stadionunda keçirilib.
Oyunda hesabı 22-ci dəqiqədə Lionel Messi açıb. Digər qolları Neymar (45+6, 82, penaltidən) və Serxio Ramos (57) vurublar. Bununla da "PSJ" Fransa Superkubokunda 11-ci dəfə qalib olub.
Qeyd edək ki, Paris klubu bu göstərici üzrə rekorda sahibdir.