Modern.az

12 minlik mal-qara oğurlayan TUTULDU

12 minlik mal-qara oğurlayan TUTULDU

Aktual

1 Avqust 2022, 10:10

Göygöl Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirlər nəticəsində iyul ayı ərzində rayonun Kərəmli kəndindən vətəndaşlara məxsus iri buynuzlu mal-qaranı oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

 

DİN-in mətbuat Xidmətinin Gəncə regional qrupundan Modern.az-a verilən məlumata görə, araşdırmalar zamanı məlum olub ki, rayonun Hacıməlik qəsəbə sakini Ramin Yusibov vətəndaşa məxsus ümumi dəyəri 10.000 manat olan 6 baş iri buynuzlu mal qaranı kənd ərazisindəki otlaq sahədən oğurlayaraq Gəncə şəhərində yaşayan qaynanasının evində gizlədib.

 

Bundan başqa, saxlanılan şəxsin ətrafında davam etdirilən istintaq-əməliyyat tədbirləri nəticəsində onun daha bir cinayət əməli aşkar olunub. Belə ki, R. Yusibov Kərəmli kəndindəki otlaq sahədən daha bir vətəndaşa məxsus ümumi dəyəri 2000 manat olan 2 baş iri buynuzlu mal-qaranı oğurlayaraq satıb.

 

Dindirilmə zamanı saxlanılan şəxs törətdiyi cinayət əməllərini etiraf edib, faktla bağlı araşdırmalar davam etdirilir.

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı