Modern.az

“Mercedes” “QAZel”lə TOQQUŞDU - Ölənlər var

“Mercedes” “QAZel”lə TOQQUŞDU - Ölənlər var

مورد توجه

1 Avqust 2022, 12:08

İyulun 31-də saat 1 radələrində Goranboy rayonunun Goran qəsəbəsi ərazisində Qazax rayon sakini X.Babayevin idarə etdiyi “Mercedes” və Ağcabədi rayon sakini  M.Muradovun idarə etdiyi “QAZel” markalı avtomobillər toqquşub.

 

Daxili İşlər Nazirliyindən (DİN) Modern.az-a verilən məlumata görə, nəticədə X.Babayevin sərnişinləri olan Bakı şəhər sakini Famil Məmmədli və Sumqayıt şəhər sakini Tamerlan Qasımlı hadisə yerində ölüb, özü və digər iki sərnişin xəstəxanaya yerləşdirilib. 

 

DİN-nin Baş İstintaq və Təhqiqaqat İdarəsi tərəfindən araşdırma aparılır. 

Sizə yeni x var
Keçid et
Rusiyaya şok zərbələr endirilir - Əhali şəhərlərdən qaçmağa başladı